Meksikada PARTLAYIŞ- Ölənlər var

Meksikada PARTLAYIŞ- Ölənlər var


Meksikanın Tultepek şəhərində pirotexnika anbarınında partlayış baş verib, nəticədə 7 nəfər ölüb, 8 nəfər yaralanıb.

ONN media-nın KİV-lərə istinadən verdiyi məlumata əsasən, bunu Mexiko ştatının mülki müdafiə qüvvələrinin baş koordinatoru Arturo Vilçis Eskivel bildirib.

Onun sözlərinə görə, partlayış 23 yaşayış evinə və 12 avtomobilə ziyan vurub: "Hadisə yerində işlər aparılır. Partlayışın səbəbləri məlum deyil".

Geri qayıt