Rusiya və ABŞ baş qərargah rəisləri bu məsələləri müzakirə edəcək

Rusiya və ABŞ baş qərargah rəisləri bu məsələləri müzakirə edəcək


İyunun 8-i Finlandiyanın paytaxtı Helsinkidə Rusiyanın baş qərargah rəisi Valeri Gerasimov və ABŞ qərargah rəisləri komitəsinin sədri Cozef Danford arasında görüş keçiriləcək.

ONN media xəbər verir ki, görüş zamanı tərəflər böhranlı bölgələrdəki vəziyyəti və gərginliyin aradan qalxdırılması üzrə mümkün addımları müzakirə edəcəklər.

Bundan əlavə, qərargah rəisləri Finlandiyanın prezidenti Sauli Niinistö və Finlandiya silahlı qüvvələrinin baş komandanı Yarmo Lipdberqlə görüşəcəklər.

Geri qayıt