Suriyada şiddətli döyüşlər nəticəsində 25 nəfər həlak olub
Suriya İraq sərhədində yerləşən Əbu Kəmal bölgəsində Bəşər Əsədə sadiq qüvvələrlə İŞİD yaraqlıları arasında şiddətli döyüşlər gedir.
ONN media xəbər verir ki, terrorçular yaşayış məntəqəsinin kənarındakı ərazilərə hücumlar edir.
Terrorçular orduya aid blokpostların yaxınlığında 10 avtomobili partladıb.
İlkin məlumata görə, hücumlar zamanı 25 nəfər həlak olub.
