Sərnişin təyyarəsi təcili eniş edib

Sərnişin təyyarəsi təcili eniş edib


Yaponiyada "Peach Aviation" aviaşirkətinə məxsus "Airbus A320" sərnişin təyyarəsi təcili eniş edib.

ONN media xəbər verir ki, təyyarənin mühərrikində nasazlıq aşkar olunub. Təyyarə ölkənin əsas adası Xonsünun şimal-şərqində Senday şəhərinin aeroportunda enib.

Qeyd olunur ki, təyyarənin göyərtəsində 150 sərnişin və ekipaj üzvü olub. Xəsarət alan yoxdur.

Geri qayıt