Putin terrorizmə töhfə vermiş ölkələri sadaladı

Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının geniştərkibli iclasında Suriyada terrorizmlə mübarizəyə töhfələrini vermiş ölkələrin adlarını açıqlayıb.
ONN media xəbər verir ki, Rusiya lideri deyib:"Rusiya, İran, Türkiyə, eləcə də Qazaxıstanda daxil olmaqla bir sıra dövlətlər Suriyada terror fəallığının qarşısını ala bilib".
Putinin sözlərinə görə, Bəşər Əsəd yanvarda Soçidə əldə edilmiş Suriya Milli Konqresinin bütün razılaşmalarına əməl edir, eləcə də ölkədə yeni konstitusiyanın hazırlanması ilə bağlı komitəyə təkliflər də göndərib.