Kim Çen In görüş üçün Sinqapura gəlib

Kim Çen In görüş üçün Sinqapura gəlib


Bazar günü Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan ölkə paytaxtının hava limanında KXDR lideri Kim Çen Inı qarşılayıb.

ONN media  xəbər verir ki, Sinqapur XİN-in başçısı Şimali Koreya lideri ilə birgə fotosunu "Twitter"də paylaşıb.

"Yenicə Sinqapura gəlmiş sədr Kim Çen Inı qarşıladım", - deyə Balakrişnan yazıb.

Bu gün Kim Çen Inın həmçinin Sinqapurun baş naziri Li Syanlun ilə görüşü planlaşdırılıb. İyunun 12-də isə KXDR lideri ABŞ prezidenti Donald Trampla danışıqlar aparacaq.

Geri qayıt