Fransadan ABŞ -a çox sərt açıqlama - SON DƏQİQƏ
G7 zirvəsi, ABŞ Prezidenti Donald Trumpın ev sahibi Kanadaya sərt iradlar yönəltməsi və zirvə sonundakı birgə bəyannamədən çəkilməsiylə gərginlikə bitdi.
ONN media xarici mətbuata istinadən xəbər verir ki, sammitdə xüsusilə ticarət sahəsində münaqişələr aradan qaldırıla bilmədi. Fransadan zirvə görüşündən sonra çox sərt bir açıqlama gəldi. Fransa Prezidenti Emmanuel Macronun ofisi, toplantıda Trumpın hərəkətlərinə, "Beynəlxalq əməkdaşlıq əsəb və düşünülməmiş bəyanatlarla diktə edilə bilməz" açıqlaması gəlib.
Bu ilki sammitdə ticarət mövzusundakı münaqişələr damğasını vurdu. G7 qrup üzvü olan altı ölkənin maliyyə nazirləri, liderlər sammiti öncəsi keçirilən toplantıda Vaşinqtona yeni vergilərin çıxarılması çağırışı etmişdi.
