Los Ancelesdə ATIŞMA
ABŞ-ın Los Anceles şəhərinin Şimali Hollivud rayonunda atışma baş verib.
ONN media "NBC" telekanalına istinadən xəbər verir ki, atışma yerli vaxtka təxminən saat 01:00-da fərdi evdə şənlik zamanı baş verib.
Atışma nəticəsində 7 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Yaralananlardan 5-nin kişi, 2-nin isə qadın olduğu bildirilir.
İnsidentin digər təfərrüatları açıqlanmır.
