Sinqapurda Tramp gözlənilməz sürprizlə qarşılaşdı
Sinqapur tərəfi ABŞ Prezidenti Donald Trampın qarşıdan gələn doğum gününü vaxtından əvvəl qeyd edib.
ONN media xəbər verir ki, bu barədə Sinqapurun Xarici İşlər naziri Vivian Balakrişnan informasiya yayıb.
"Doğum gününü vaxtından bir qədər əvvəl qeyd edirik", - XİN rəhbəri Feysbuk hesabında yazıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın iyunun 14-də 72 yaşı tamam olacaq.
