Frankfurt hava limanında yanğın - 6 nəfər zəhərlənib

Almaniyanın Frankfurt hava limanında yanğın olub.
ONN media xəbər verir ki, aerodrom traktoru təyyarəni eniş qapısına daşımalı olsa da, buksir bilinməyən səbəblərdən alışıb.
"Lufthansa" aviaşirkətinin nümayəndəsi bildirib ki, nəticədə aeroport ərazisində güclü tüstülənmə baş verib və 6 nəfər zəhərlənib.
Yanğın söndürülüb. Hadisənin aeroportun işinə təsir etmədiyi deyilir.