Bolqarıstanda hərbi vertolyot qəzaya uğrayıb - 4 nəfər yaralanıb

Bolqarıstanda hərbi vertolyot qəzaya uğrayıb - 4 nəfər yaralanıb


Bolqarıstanın Plovdiv şəhər aeroportu ərazisində keçirilən təlim zamanı hərbi vertolyot qəzaya uğrayıb.

ONN media bildirir ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Vertolyot gücünü itirərək 20 metr yüksəklikdən yerə düşüb və yanmağa başlayıb.

Hadisə yerinə polis və "təcili yardım" maşınları cəlb olunub. Qəzanın digər təfərrüatları məlum deyil.

Geri qayıt