Şimali Koreya yenə ballistik raket buraxa bilər

Şimali Koreya yaxın zamanlarda sualtı qayıqların ballistik raketinin sınaqlarını keçirə bilər
ONNmedia xəbər verir ki, Cənubi Koreya kəşfiyyat qurumları Şimali Koreyada sınaq hazırlıqlarını müşahidə etdiklərini bildirib.
Qeyd olunur ki, “Pukkıkson-3” ballistik raketi proqramı üzrə işlər demək olar ki, hazırdır və Pxenyanın bu tipli 5 prototipi mövcuddur.
Sınaqların Milad bayramı müddətinə baş tutacağı istisna olunmur.