Almaniyadan Feto-ya qarşı sərt reaksiya

Almaniyadan Feto-ya qarşı sərt reaksiya


Alman hökuməti ilk dəfə Fətullahçı Terror Təşkilatının (Feto) 15 iyul 2016-cı il zərbə cəhdində rolunu vurğuladı.

ONN media Alman mətbuatına istinadən xəbər verir ki, Alman hökuməti, Fetullahçı Terror Təşkilatının (Feto) 15 İyul 2016-cı ildəki zərbə girişimindəki rolunu ilk dəfə dəqiq ifadələrlə vurğuladı.

Anadolu Agentliyi müxbirinin sualını yazılı olaraq cavablandıran Almaniya Xarici İşlər Nazirliyi, "Əlimizdəki bütün məlumatlara görə, Gülən hərəkatı üzvlərinin, Türkiyədəki zərbə cəhdinə qatılmış olduqlarını inkar edə bilmərik" deyə bildirib.

Alman kəşfiyyat təşkilatı BND-nin sədri Bruno Kahl, 15 iyuldan bir neçə ay sonra mətbuata açıqlamasında, zərbə cəhdinin ardında FETO-nun olduğunu qəbul etmədiklərini söyləmişdir. Bu məsələ Türkiyənin sərt reaksiyasına gətirib çıxarmışdır.

"Der Spiegel" jurnalı bu həftəki buraxılışında, Alman hökumətinin artıq FETO-ya baxışını gözdən keçirməkdə olduğunu yazmışdır.

Almaniyanın Ankara səfirliyi tərəfindən Berlində keçirilən bir hesabatda iştirak edən jurnal nümayəndələri, FETO-nun uzun illər ərzində dövlət təşkilatlarına sızmağa çalışdığını, sanki mütəşəkkil bir cinayət təşkilatını xatırladan təhlükəli bir qruplaşmaya sahib olduğunu qeyd etmişdirlər.

Geri qayıt