Gürcüstanın baş naziri Georqi Kvirikaşvili istefa verdi

Gürcüstanın prezidenti Qeorqi Marqvelaşvilinin sərəncamına əsasən, istefa vermiş baş nazir Georqi Kvirikaşvilinin hökumətinin bütün üzvləri vəzifəni müvəqqəti icra edən məmurlar olub.
ONN media xəbər verir ki, Gürcüstan qanunvericiliyinə görə, baş nazir istefa verdikdə , bütün hökumət avtomatik olaraq istefaya göndərilir.
“Yeni hökumət qurulana qədər, hökumət üzvləri əvvəlki tərkibdə vəzifə icraçısı olacaq”, - deyə Gürcüstan prezidentinin rəsmi saytında dərc olunan sərəncamda deyilir.
Gürcüstan prezidenti yeddi gün ərzində parlamentə baş nazir vəzifəsinə namizədi təqdim etməlidir.
Bundan sonra namizədin yeni hökumət formalaşdırmasına və hökumətin proqramını təqdim etməsinə yeddi gün vaxt veriləcək.