Hindistanda yol qəzası: Ölənlər var

Hindistanda yol qəzası: Ölənlər var


Hindistanın Qərbi Bengalya əyalətində avtobusun aşması nəticəsində, altı nəfər həlak olub, 20 nəfər yaralanıb.

ONN media xəbər verir ki, hadisə Qərbi Midnapur rayonunda baş verib.

Təxminən 50 yerli sakin Silda yarmarkasına getmək üçün kirayə avtobus aldılar. Sürücü sürətlə dönmə hərəkəti etdiyi zaman idarəetməni itirib və avtobus aşıb. Qəza zamanı xəsarət alanlar və yaralılar xəstəxanaya çatdırılıblar.

Geri qayıt