Binəli Yıldırımdan "Eurovision"la bağlı sərt açıqlama

Türkiyənin baş naziri Binəli Yıldırım “Eurovision” mahnı müsabiqəsinin siyasiləşdirildiyini bildirib.
ONN media-nın Dailysabah-a istinadla verdiyi xəbərə görə, bu barədə siyasətçi “Babala TV”-yə verdiyi müsahibəsində deyib.
Baş nazirin sözlərinə görə, müsabiqədə qalib gələn İsrail müğənnisi zəif idi:
“Builki mahnı müsabiqəsi ideoloji forma alıb. Gələn il “Eurovision”un Qüdsdə keçirilməsi regionda gərginliyi artıracaq”.