Yaponiyada güclü zəlzələ olub
Bu gün Yaponiyada 7 maqnitudalı zəlzələ olub.
ONN media xəbər verir ki, zəlzələ Xonsyu adasının mərkəzindəki Qumma əyalətində qeydə alınıb.
Yaponiya Meteoroloji İdarəsi zəlzələnin ocağının 20 km dərinlikdə yerləşdiyini açıqlayıb.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
