Yaponiyada güclü zəlzələ nəticəsində ölənlərin sayı artıb

Yaponiyanın Osaka prefekturasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
ONN media xəbər verir ki, bu barədə NHK telekanalı xəbər verib.
Bundan əvvəl 9 yaşlı qız daxil olmaqla, üç nəfərin öldüyü bildirilirdi.
Son məlumata əsasən, təbii fəlakət nəticəsində 358 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Xatırladaq ki, Yaponiyanın Osaka prefekturasında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.