Senatorun həyat yoldaşı və oğlu ölü tapılıb
Argentinalı senator Luis Naydenoffun arvadı və oğlu Formos şəhərindəki evlərində ölü tapılıb.
ONN media bildirir ki, ölümə səbəb dəm qazı hesab edilir.
Araşdırma aparılır. Naydenoffun qızı evdə gecələmədiyi üçün xəsarət almayıb.
Onların meyitini evə gələn xadimə görüb.
