Türkiyədə göydən pul yağdı

Türkiyədə göydən pul yağdı


Türkiyənin İstanbul şəhərinin Taksim meydanında dünən axşam saatlarında maraqlı anlar yaşanıb.

ONN media Türkiyə KİV-inə istinadən xəbər verir ki, şəxsiyyəti məlum olmayan bir şəxs meydanda yerləşən otelin üst mərtəbələrinin birindən pul atıb.

Pul atıldığını görən vətəndaşlar otelin qarşısına toplaşaraq izdiham yaradıblar. Aşağı atılan pulun Çinin milli valyutası yuan olduğu bildirilir.

Geri qayıt