İsrail cavab olaraq Qəzzaya hava hücumu təşkil etdi

İsrail cavab olaraq Qəzzaya hava hücumu təşkil etdi


İsrail aviasiyası, fələstinlilərin sərhədin əks tərəfində yanğın təşkil etmək məqsadilə buraxdığı yanan balonlara cavab olaraq, Qəzza zolağında Həmas hərəkatının infrastruktur xəttlərinə hücum təşkil etdi.

ONN media xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Martın sonundan etibarən İsrail ilə Qəzza Zolağının sərhədi boyunca fələstinlilərin etiraz aksiyalarının başlanması ilə yanacaq və ya partlayıcı maddələri olan toplar şəklində yeni bir təhlükə ortaya çıxdı.

Qurğuların primitivliyinə baxmayaraq həmin balonlar geniş əkin və meşə sahələrini yandıraraq İsrailə milyonlarla dollar ziyan vurdu.

Geri qayıt