Almaniyadan gələn ilk təyyarə belə qarşılandı

Almaniyadan gələn ilk təyyarə belə qarşılandı


Dünən SunExpressin Diyarbəkirdən Almaniya, Frankfurt, Düsseldorf və Hannover şəhərlərinə reysləri reallaşıb.

ONN media Alman mətbuatına istinadla xəbər verir ki, Frankfurtdan havaya qalxan SunExpress təyyarəsi Diyarbəkir hava limanına eniş edib. Təyyarə, su tanklarından fışqırtılan su ilə qarşılanıb.

Qubernator Köməkçisi Həsən Gökpınar və SunExpress Korporativ Əlaqələr Direktoru Serdar Alyamaç uçuş  heyətinin üzvlərinə güllər veriblər. Qubernator Köməkçisi Gökpınar, uçuşların iqtisadiyyata çox ciddi bir qatqı təmin etməsinə ümid etdiyini, həftədə üç uçuş olacağını və fərqli ölkələrə uçuşların ediləcəyini söyləyib. Gökpınar, Frankfurtdan  Diyarbəkirə 138 sərnişinin gəldiyini və 68 sərnişinin də gedəcəyini ifadə edərək, bunun ilk uçuş üçün çox yaxşı nəticə olduğunu qeyd edib.

Geri qayıt