Ərdoğandan seçki anonsu: “Koalisiya hökuməti qurula bilər”

Türkiyə prezidenti Ərdoğan seçkidən sonra koalisiya hökumətinin qurula biləcəyindən danışıb.
ONN media xəbər verir ki, Türkiyə prezidenti iştirak etdiyi bir radio verilişində “300 nəfərdən az millət vəkili seçilsə, koalisiya qurula bilər” deyib.
Ərdoğan aparıcıya deyib:
“İttifaqların içində koalisiya qurulmaz deyə bir məhfum yoxdur. Məsələn, respublika ittifaqında belə bir şey olub-olmayacağını görəcəyik. AKP 300-dən az millət vəkili ilə təmsil olunsa, koalisiya qurula bilər. Prezidentinin partiyasından ayrılmaq deyə bir şey yoxdur. Yeni dövrdə partiyalı prezidentlik prosesi var. Tərəfsizlik isə başqa şeydir”.