Braziliyada əməliyyat- 6 ölü

Braziliyada əməliyyat- 6 ölü


Braziliyanın Rio-de-Janeyro şəhərində cinayətkarlığa qarşı keçirilən genişmiqyaslı əməliyyat nəticəsində ən azı 6 nəfər ölüb, 14 yaşlı yeniyetmə yaralanıb.

ONN media  "RİA Novosti"yə istinadən xəbər verir ki, əməliyyatda polis və ordu birləşmələri iştirak edib.

Ölənlərin hamısı 20-30 yaşlı gənclərdir.

Şahidlərin sözlərinə görə, əməliyyat zamanı helikopter və tanklardan istifadə olunub.

Geri qayıt