Ermənistan məktəblərində nə baş verir?

Ermənistan İstintaq Komitəsi məktəb və məktəbəqədər təhsil müəssisələrində yol verilmiş korrupsiya hallarına görə 13 cinayət işi başlayıb.
ONN media xəbər verir ki, İstintaq Komitəsinin məlumatında bildirilir ki, cinayət işlərindən beşi vəzifəsindən sui-istifadə, 4-ü – mənimsəmə, 2-si – rüşvət alma, biri vəzifə səlahiyyətlərini aşma, biri – vəzifə saxtakarlığı maddələri üzrə başlanıb.
Dəymiş zərərin həcmi 15.897.584 dram təşkil edir.