Bu şəxslər Həccə buraxılmayacaq

Bu şəxslər Həccə buraxılmayacaq


Səudiyyə Ərəbistanı yeddinci ildir ki, Suriya vətəndaşlarını Həcc ziyarətinə buraxmır.

ONN media xəbər verir ki, bu barədə Suriya Vəqflər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, Ər-Riyad suriyalı ziyarətçilər qarşısında reallaşdırılması mümkün olmayan şərtlər qoyur.

Nazirlik Səudiyyə Ərəbistanını Həcc ziyarətini siyasiləşdirməkdə ittiham edir.

Qeyd edək ki, 2018-ci ilin Həcc ziyarəti avqustun 19-24-ü keçiriləcək.

Geri qayıt