Ərdoğanın təyarəsi yeni hava limanına endi
ONN media Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərində inşa olunan sayca 3-cü hava limanına Respublika prezidenti Rəcəb Tayyib Ərdoğanın təyarəsi rəsmi eniş edib.
Yeni hava limanının bu il oktyabrın 29-da, yəni Türkiyə Cümhuriyyətinin elan edilməsinin 95-ci ildönümündə istifadəyə veriləcəyi nəzərdə tutulub.
Onuda xatırladaq ki, yeni hava limanı istismara verildikdən sonra Atatürk hava limanı park kimi fəaliyyət göstərəcək.
