İsrail hərbçiləri “Anadolu”nun jurnalistini yaraladı

İsrail hərbçiləri “Anadolu”nun  jurnalistini yaraladı


İsrail ordusunun hərbçiləri Qəzza zolağında fələstinlilərin “Böyük qayıdış yürüşü” aksiyasını işıqlandıran “Anadolu” informasiya agentliyinin foto-müxbiri Əli Cadallahı yaralayıb.

ONN media xəbər verir ki, çəkiliş vaxtı zirehli gödəkçədə olmuş jurnalist sol əlindən güllə yarası alıb.

Müxbirinin “Şəfa” xəstəxanasına yerləşdirildiyi bildirilir.

Geri qayıt