Qadın ərini və qohumlarını qəsdən zəhərlədi - ŞOK!
ONN media Hindistan mediasına istinadən xəbər verir ki, Hindistanın Maharaştra ştatında dəhşətli bir hadisə baş verib. Belə ki, gənc qadın 23 yaşlı Praqaya Survasen əri və qohumlarının xörəklərinə həşərat dərmanı qarışdırdığı üçün 5 nəfər ölüb 120 nəfər isə zəhərlənmişdir.
İlkin polis araşdırmasında müəyyən olub ki, qadının əri daima bişirdiyi yeməklərə və dərisinin rənginə görə lağ edirmiş. Nəticədə gənc qadın həyat yoldaşını və onun qohumlarını öldürmək məqsədi ilə dəvət təşkil etmiş və yeməklərə zəhər qatmışdı.
İstintaq davam edir.
