Erməni zabiti öz əskərini güllələyib

Ermənistan ordusunun zabiti kapitan Karapetyan öz əskərini güllələyib.
ONN media xəbər verir ki, insident vaxtı zabit sərxoş olub.
İstintaq müəyyən edib ki, qətl günü Karapetyan sərxoş olub. Zabit səbəbsiz yerə havaya güllə atıb. İlk hadisə saat 18:00-da baş verib. Üç saat sonra yenə təkrarlanıb.
Saat 22:50-də isə əskər Darbinyanın əlindən avtomatını alaraq ora-bura atəş açmağa başlayıb. Nəticədə isə bir neçə metr aralıda dayanan müqaviləli hərbçi Ovannes Melkonyan xəsarət alıb və ölüb.
Hazırda istintaq davam edir və kapitan dindirilir.