Trampla Ərdoğan bu tarixlərdə görüşəcək

Trampla Ərdoğan bu tarixlərdə görüşəcək


Bu gün ABŞ prezidenti Donald Trampla Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Söhbət zamanı liderlər iyulun 11-12 tarixlərində NATO-nun Brüsseldə keçiriləcək sammitində görüşəcəklərini bildiriblər.

ONN media  xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb.

Həmçinin telefon danışığı zamanı Tramp iyunun 24-də keçirilmiş seçkilərdə yenidən Türkiyə prezidenti seçilən Ərdoğanı təbrik edib.

Geri qayıt