Xəstəxanada partlayış- Ölənlər var

Xəstəxanada partlayış- Ölənlər var


ABŞ-ın Texas ştatında xəstəxana yaxınlığında partlayış baş verib.

ONN media-nın ABC telekanalına istinadən verdiyi məlumata əsasən, hadisə Geytsvill şəhərində, tikinti meydançasında baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Qeyd olunur ki, xəsarət alanların hamısı inşaat işçiləridir. İlkin məlumatlara əsasən, elektrik generatoru partlayıb.

Geri qayıt