Antaliyada azərbaycanlı iş adamı öz evində ölü tapıldı

Antaliyanın Finike bölgəsində portağal ticarəti ilə məşğul olan 64 yaşlı Azərbaycan əsilli Məcid Nuxiyevin cəsədi qaldığı evin şkafında asılı vəziyyətdə tapılıb.
ONN media Türkiyə KİV-ə istinadən xəbər verir ki, Nuxiyevlə fevraldan bəri əlaqə yarada bilməyən ev sahibi mənzilin qapısını açıb və içəridən dəhşətli qoxunun gəldiyini hiss edib.
Bundan sonra ev sahibi məsələ ilə bağlı polisə zəng edib. Hadisə yerinə gələn polis Nuxiyevi elektrik naqili ilə şkafda asılı vəziyyətdə aşkar edib. Onun 5-6 gün əvvəl öldüyü təxmin edilir.
Mərhumun cəsədi araşdırılma üçün ekspertizaya göndərilib. Faktla bağlı prokurorluqda araşdırmalara başlanılıb.