Mixeil Saakaşviliyə 6 il qiyabi həbs cəzası verilib

Mixeil Saakaşviliyə 6 il qiyabi həbs cəzası verilib


Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili barəsində 6 il müddətinə qiyabi həbs cəzası çıxarıb. 

ONN media xəbər verir ki, o, 2005-ci ildə deputat Valeri Gelaşvilinin döyülməsinə dair cinayət işində təqsirli bilinir.

İstintaq müəyyənləşdirib ki, 2005-ci ilin iyununda "Rezonansi" qəzetində "Valeri Gelaşvili öz evini Saakaşviliyə verəcək" başlıqlı məqalə dərc edildikdən sonra M.Saakaşvili o vaxtkı daxili işlər naziri Vano Merabişviliyə V.Gelaşvilini döyməyi tapşırıb.  

Bildirilib ki, M.Saakaşvilinin tapşırığı 2005-ci il iyunun 14-də həyata keçirilib.

Geri qayıt