İŞİD-in fəaliyətində iştirakda şübhəli bilinən Azərbaycan vətəndaşı..

İŞİD-in fəaliyətində iştirakda şübhəli bilinən Azərbaycan vətəndaşının uşaqları İraqdan çıxarılıb.
ONN media Rusiya mətbuatına istinadla xəbər verir ki, Anası Azərbaycan, atası Rusiya vətəndaşı olan iki azyaşlı uşaq Rusiyanın baş konsulluğunun dəstəyi ilə İraqdan çıxarılıb.
Bu barədə Rusiya Xarici işlər Nazirliyinin mətbuat katibi Maria Zaxarova bildirib.
"Mayın 29-da Rusiyanın baş konsulluğu İraq Kürd Muxtar Vilayətinin yardımı ilə iki azyaşlı rusiyalını - 2013-cü il doğumlu Qalidova Sofya Hacımurad qızını və 2015-cü il doğumlu Qalidova Seyma Hacımurad qızını geri qaytara bilib. Onların atası Rusiya, anası isə Azərbaycan vətəndaşıdır. Uşaqların valideynləri hazırda İraq Kürd Muxtar Vilayətinin Terrorizmlə Mübarizə Xidmətinin təcridxanasında saxlanılırlar. Onların İŞİD terror qruplaşmasının fəaliyyətində iştirak edib-etməmələri ilə bağlı araşdırma aparılır", - M.Zaxarova bildirib.
Onun sözlərinə görə, ana Rusiya vətəndaşı olan üçüncü uşağını özü ilə saxlamağa qərar verib.