Trampdan ŞOK İSTƏK

ABŞ prezidenti Donald Tramp bir neçə dəfə Ağ Ev nümayəndələrinə ölkəsinin Ümumdünya Ticarət Təşkilatını (ÜTT) tərk etməsini istədiyini deyib.
ONN media “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Trampa yaxın mənbə məlumat verib.
“O, yüz dəfə ÜTT-dən çıxmaqla bağlı təhdidlər səsləndirib. Bu, bizim ölkəmizi çox pis vəziyyətə salacaq”, - mənbə bildirib.
Onun sözlərinə görə, Tramp kobud şəkildə ölkəsinin hansı səbəbdən bu təşkilata üzv olduğunu bilmədiyini və ÜTT-nin ABŞ-ı məhv etmək üçün digər ölkələr tərəfindən yaradıldığını bildirib.
Məlumatda bildirilib ki, müşaviri Trampa etiraz etsə də, amerikalı lider onun arqumentini yetərsiz hesab edib.