Türkmən şəhəri bombalandı

Türkmən şəhəri bombalandı


PKK terror təşkilatı türkmən şəhəri Tuzxurmatunu minaatanla atəşə tutub.

Axar.az xəbər verir ki, bombardman nəticəsində 1 uşaq həlak olub, 12 nəfər yaralanıb. Ölən azyaşlı Abbas Mehdinin nəşinin və yaralıların fotoları yayılıb.

PKK-nın türkmən şəhərinə Katyuşa raketləri də atdığı deyilir.

Geri qayıt