Almaniyadan qayıdan Türk ailə Bolqarıstanda qəzaya düşdü - 4 ölü

Bolqarıstanda qəzaya düşən Türk ailədən 4 nəfəri həyatını itirib.
ONN media Alman mətbuatına istinadla xəbər verir ki, Bulqar polisi tərəfindən verilən məlumata görə, Almaniyadan Türkiyəyə səfər edən ailə, E-5 şosesində qəzaya düşüb.
Qəzada 6 neferlik ailə üzvündən, üçü qadın olmaqla bir azyaşlı uşaq həyatını itirib. İki yaralı isə xəstəxanaya aparılıb.
Qəzanın baş verdiyi sahə müvəqqəti olaraq bağlanılıb və hadisə ilə bağlı araşdırmalara başlanılıb.