Terror planlaşdıran şəxslər saxlanılıb

Terror planlaşdıran şəxslər saxlanılıb


Belçika polisi terror planlaşdırmaqda şübhəli bilinən iki iranlını saxlayıb.

ONN media xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxslərin iyunun 30-da Fransada 25 min nəfərin iştirakı ilə keçiriləcək konfransda terror törətmək istədikləri qeyd edilir. 

Saxlanılanlar 1980-ci il təvəllüdlü Əmir S. və onun həyat yoldaşı, 1984-cü il təvəllüdlü Nasimedir. 

Faktla bağlı cinayət işi açılıb. Hər iki şəxs haqda həbs qətimkan tədbiri seçilib. 

Geri qayıt