Anomal istilər ondan çox can aldı

Kanadanın Kvebek vilayətində ötən bazar qeydə alınmış anomal istilər 16 nəfərin həyatına son qoyub.
ONN media bildirir ki, onlardan 11-i vilayətin ən iri şəhərində Monrealda ölüb. Meqapolisdə isti hava şəraiti ilə əlaqədar təcili yardıma zənglər 30 faiz artıb.
Monrealda sonuncu dəfə normadan yüksək hava 2010-cu ilin yayında qeydə alınıb. Həmin vaxt anomal istilər 106 nəfərin həyatına son qoyub.