Maraqlı oğurluq-İNANMAYACAQSINIZ

Maraqlı oğurluq-İNANMAYACAQSINIZ


Niderlandın Leuden şəhərində maraqlı yerdən maraqlı predmet oğurlanıb.

Belə ki, ONN media xəbər verir ki, Elm və səhiyyə muzeyindən ölümcül zəhər oğurlanıb.

Bildirilir ki, "kurare" adlı zəhər şüşə qabda seyfin içərisində saxlanılırmiş.

Hazırda polis zəhərin oğurlanması ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, "kurare" zəhərini Cənubi Amerika hinduları ov zamanı ox ucluqlarına sürtürdülər. Niderlandda isə bu zəhər növü evtanaziya zamanı istifadə olunur.

Geri qayıt