Eyni anda iki partlayış baş verdi

Somalinin paytaxtı Moqadişoda nəzarət-buraxılış məntəqəsinin yanında güclü partlayış olub, atışma səsləri eşidilir.
Bu barədə ONN media RİA "Novosti"yə istinadən xəbər verir.
"Güclü partlayış Sayidka yolayrıcında nəzarət-buraxılış məntəqəsinin yanında baş verib, atışma davam edir", - Garowe Online yerli nəşrin Twitter səhifəsində bildirilir.
Məlumata görə, bir qədər sonra həmin rayonda ikinci partlayış baş verib. Silahlı şəxslər Daxili İşlər Nazirliyinin qərargah binasına hücum ediblər.