Leysan yağışları 47 can aldı

Leysan yağışları 47 can aldı


Yaponiyanın Baş Meteoroloji İdarəsi Qifu və Kioto prefekturalarında leysan yağışları ilə əlaqədar olaraq xüsusi rejim elan edib.

ONN media RİA Novosti-yə istinadla xəbər verir ki, bu cür rejim on ildə bir dəfə keçirilən fövqəladə vəziyyət zamanı tətbiq edilir.

Yaponiyanın cənub-qərbində və mərkəzi rayonlarına yağan leysan yağışlarına görə, 70 aviareys təxirə salınıb. Hökumət 3 milyon sakinin təxliyyə edilməsini tapşırıb.

Cümə günündən yağan güclü yağışlara görə, 47 nəfər həlak olub, 5 nəfər huşsuz vəziyyətdədir. Daha 47 nəfər isə itkin düşüb

Geri qayıt