Minlərlə insan etiraz aksiyası keçirib

ABŞ-ın Çikaqo şəhərində minlərlə insan silah dövriyyəsinə nəzarətin güclüəndirilməsi tələbi ilə etiraz aksiyası keçirib.
ONN media xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Telekanalın məlumatına görə, aksiyanın iştirakçıları etiraz əlaməti olaraq yüksək sürətli avtomobil magistralını bağlayıblar. Aksiyaçılar ABŞ hökumətindən ölkədə silahın dövriyyəsi ilə bağlı qanunu sərtləşdirməyi tələb ediblər.
Bu mənada onlar Çikaqoda hakimiyyət orqanlarının diqqətini silahlı zorakılıq proleminə yönəldiblər.