Ərdoğandan qəza ilə bağlı AÇIQLAMA

Təkirdağın Çorlu mahalında baş verən qatar qəzası hamımızı dərin kədərə qərq edib.
ONN media xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çorludakı qatar qəzası ilə bağlı yaydığı başsağlığı mesajındandır. Prezident qəzadan sonra bütün birliklərin səfərbər olduğunu bildirib:
"Bütün dövlət qurumları səfərbər edilib. Qatarın relsdən çıxması ilə bağlı baş vermiş qəzanın detalları araşdırılır. Hadisə zamanı həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm", - Ərdoğan bildirib.
Qeyd edək ki, qəza nəticəsində 10 sərnişin ölüb, 73-ü yaralanıb.