“Türkiyə yeni siyasi dövrə qədəm qoydu”
Türkiyə yeni siyasi dövrə qədəm qoydu.
ONN media “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcə Tayyib Ərdoğan bəyan edib.
“Bu gün ölkəmizin tarixində ən əlamətdar günlərdən biridir. Mənə səs verən bütün vətəndaşlara minnətdarlığımı bildirirəm. Biz prezident idarəetmə sisteminə keçərək, tariximizdə yeni bir mərhələyə başlayırıq”, deyə Ərdoğan qeyd edib.
O həmçinin bildirib ki, qüdrətli Türkiyə güclü hökumət və parlament tərəfindən idarə olunacaq.
Qeyd edək ki, bu gün Türkiyə prezidenti R.T.Ərdoğanın inauqurasiya mərasimi keçirilib. Azərbaycanı tədbirdə baş nazir Novruz Məmmədov təmsil edib.
