Terror aktı baş verib: 10 -dan çox ölü

Terror aktı baş verib: 10 -dan çox ölü


Əfqanıstanın Calalabad şəhərində terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 12 nəfər həlak olub.  

ONN media xəbər verir ki, qurbanların əksəriyyəti avtoyuma məntəqəsində çalışan uşaqlardı.

Partlayış yanacaq doldurma məntəqəsinin yaxınlığında törədilib. Daha sonra hadisə yerində güclü yanğın baş verib.

Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

Geri qayıt