Baş nazir bir neçə saat polisdə dindirildi - SƏBƏB?

Baş nazir bir neçə saat polisdə dindirildi - SƏBƏB?


İsrail polisi bir neçə saat ərzində Baş nazir Benyamin Netanyahunu sorğu-sual etdiyini təsdiqləyib.

ONN media xəbər verir ki, Netanyahu "4000 işi" üzrə dindirilib.

Söhbət hökumət başçısının yaxınlarının İsrailin nəhəng telekommunikasiya şirkətləri ilə əlaqələrindən gedir.İş üzrə fiqurant qismində Netanyahunun sabiq mətbuat katibi Nir Hefes, Rabitə nazirliyinin baş direktoru Şlomo Fuilber və digər tanınmış şəxslər keçir.

Netanyahu özü sözügedən cinayət işi üzrə fiqurant qismində cəlb edilməsə də, digər iki iş üzrə şübhəli qismində cəlb edilib.

Baş Nazir günahsız olduğunu iddia edir.

Geri qayıt