Trumpdan Almaniyaya çox sərt ifadə : "Rusiyanın əsiri"

Trumpdan Almaniyaya çox sərt ifadə : "Rusiyanın əsiri"


ABŞ prezidenti Donald Trump, NATO məsələsi üçün getdiyi zirvədə Almaniyaya aid çox sərt bir ifadə işlədib. Trump, Almaniya üçün  "Rusiyanın əsiri" ifadəsini işlədib. ABŞ-ın prezidenti, Almaniyanın Rusiyadan böyük ölçüdə təbii qaz almasını buna səbəb olaraq göstərib.

ONN media xəbər verir ki, Almaniyanın Rusiya ilə "neft və qaz" məsələləri üzərində razılığa gəlmələrinin çox uyğunsuz olduğunun qeyd edən Trump, "Almaniya enerjiyə görə də Rusiyaya yüksək məbləğdə ödəniş edir, buna görə də Almaniya Rusiyanın əsiridir" deyə bildirib.

Almaniyanın Rusiya ilə bir boru xətti üzərinə də razılığa gəldiklərini xatırladan Trump, beləliklə Rusiyanın təbii qaz sayəsində Almaniyanın 100/70-ni nəzarətdə saxlayacağını söyləyib.

Geri qayıt