Qasırğa: 390 min adam evini tərk etdi

Çinin şərqini ağuşuna alan “Mariya” qasırğası 390 min nəfərin təxliyyə edilməsi ilə nəticələnib.
ONN media xəbər verir ki, Futzyan əyalətində hakimiyyət dairələri bütün balıqçı gəmilərinin limanlara qayıtmasını və hava şəraiti normallaşmayana qədər açıq dənizə çıxmamağı tələb ediblər.
Fuçjou əyalətində isə bütün məktəblər bağlanıb. İki yüzə yaxın qatar reysi təxirə salınıb.
Sinoptiklər günün sonuna qədər qasırğanın tədricən səngiyəcəyini bildiriblər.